top of page
Untitled design (1).png

Keyfiyyət Siyasəti

“PAŞA Travel” şirkətində keyfiyyətə və mükəmməlliyə sadiqlik fəaliyyətimizin əsasını təşkil edir.
Şirkət müştərilərin gözləntilərinə uyğun və bu gözləntiləri üstələyən yüksək keyfiyyətli səyahət xidmətlərinin göstərilməsini təmin edir. Komandamız proseslərin davamlı şəkildə təkmilləşdirilməsi və güclü keyfiyyət idarəetmə sisteminin qorunub saxlanılması istiqamətində mütəmadi olaraq çalışır.

ISO 9001:2015 standartının tələblərinə uyğun olaraq, Keyfiyyət Siyasətimiz aşağıdakı prinsiplərə əsaslanır:

·        Müştəriyönümlülük – Müştərilərimizin ehtiyaclarını düzgün anlamağa və onları tam şəkildə qarşılamağa üstünlük veririk ki, bu da onların məmnunluğunun və uzunmüddətli etimadının təmin edilməsinə xidmət edir.

·        Davamlı Təkmilləşdirmə – Xidmətlərimizin, daxili proseslərimizin və keyfiyyət idarəetmə sistemimizin davamlı olaraq inkişaf etdirilməsinə sadiqik. Bu yanaşma əməliyyat mükəmməlliyini və biznes fəaliyyətimizin bütün sahələrində innovasiyanı təmin etməyə yönəlib. Şirkət əməkdaşları müəyyən edilmiş məqsədlərə nail olunmasında birbaşa iştirak edir və mühüm töhfə verirlər.

·        Liderlik və İşçi İştirakı – Rəhbərlik keyfiyyət və məsuliyyət mədəniyyətinin formalaşdırılmasına sadiqdir və əməkdaşların ümumi məqsədlərə effektiv töhfə verməsi üçün onları təşviq edir. Ali rəhbərlik Keyfiyyət İdarəetmə Sistemi (KİS) proseslərinin icrası, Keyfiyyət Siyasəti və məqsədlərinin həyata keçirilməsi üçün zəruri resursların təmin edilməsini, həmçinin sistemin effektivliyinin qiymətləndirilməsi məqsədilə mütəmadi təhlillərin aparılmasını öz üzərinə götürür.

·        Proses Yanaşması və Risk-əsaslı Düşüncə – Fəaliyyətimizdə strukturlaşdırılmış və prosesyönümlü yanaşma tətbiq edərək səmərəliliyi, ardıcıllığı və risklərin, eləcə də imkanların proaktiv idarə olunmasını təmin edirik.

·        Uyğunluq və Dürüstlük – Biz bütün müvafiq hüquqi, normativ və müqavilə öhdəliklərinə tam uyğun şəkildə fəaliyyət göstərir, etik davranış və peşəkarlığın ən yüksək standartlarını qoruyuruq.

Bu prinsiplərə riayət etməklə, keyfiyyətə olan sadiqliyimizi, davamlı inkişafı və müştəri məmnunluğunun təmin edilməsini möhkəmləndiririk. Bu Siyasət strateji məqsədlərimizə və mükəmməlliyə olan yanaşmamıza uyğunluğun təmin edilməsi məqsədilə mütəmadi olaraq nəzərdən keçiriləcəkdir.

bottom of page