Biz Sizə tam fərdiləşdirilmiş xidmətlər göstərərək məhz Sizin üçün səyahət məsləhətçisi ayırır, tələblərinizi dinləyir və hər şeyi planlaşdırırıq. Biz sifariş edirik. Siz təkrarolunmaz səyahət təcrübəsindən həzz alırsınız.
Lüks məhsullar haqqında zəngin biliklərimiz, uzun illərin fəaliyyətinə əsaslanan təcrübəmiz və qlobal tərəfdaşlar şəbəkəmizin Azərbaycanda tayı-bərabəri yoxdur.
Bütün tələblərinizə cavab verən, komfort, rahatlıq və unudulmaz səyahət təcrübəsinin vəhdətindən ibarət turların təşkil edilməsini "PAŞA Travel" şirkətindəki məsləhətçinizə həvalə edin.
Dünyanın tanınmış səyahət assosiasiyalarının üzvü olaraq biz müştərilərimizə 1500-dən çox böyük oteldə xidmət səviyyəsinin yüksəldilməsi və SPA-kreditlər kimi çox sayda xüsusi VIP imtiyazlar təklif edirik.
Sizin ehtiyaclarınız rəsmi iş saatları ilə birlikdə bitmir – Biz yalnız "Gold Lifestyle" üzvlərə günün 24 saatı, həftənin 7 günü xidmət təklif edirik və bu, bütün VIP müştərilərimizə aid deyil.
Konsyerj Klubunun üzvlərinin məşhurların iştirakı ilə keçirilən elan edilməmiş tədbirlərdə iştirak etməkdən tutmuş anşlaq tədbirində son anda yer sifariş etməyə qədər ən əlçatmaz xəyallarını belə reallaşdırırıq.