Azərbaycana qısa müddətli səfər etmək üçün əldə edilməsi asan və tez başa gələn elektron viza idealdır. Lakin uzunmüddətli/çoxdəfəlik giriş imkanı verən işgüzar vizaları əldə etmək üçün çoxlu sənədləşmə işləri və nazirliyin dəvəti tələb olunur. Sizə kömək edə bilərik.
Uzun illərin təcrübəsinə sahib olan komandamız Sizin lazımi sənədləri toplamağınıza yardım edə və formaların doldurulmasında Sizə kömək edərək viza üçün müraciət etməyin sadə prosedura çevrilməsini təmin edə bilər.
Xarici İşlər Nazirliyinin müştərilərimizin sənədlərini təsdiq etməsi, bir qayda olaraq, 24 saatdan çox vaxt tələb etmir. Müqayisə üçün göstərə bilərik ki, individual müraciətçilər üçün bu prosedur 25 günə qədər çəkə bilər.
Sənədlərin Azərbaycan dilində təqdim edilməsi tələb olunduqda "PAŞA Travel" şirkətinin müvafiq standartlara uyğun iş nümayiş etdirən səriştəli tərcüməçiləri sənədlərinizi ən qısa müddətdə tərcümə edəcək.