İstirahətinizin mükəmməl keçməsini istəyirsiniz, lakin səyahətlə bağlı araşdırma aparmağa vaxtınız yoxdur? Bunu bizə həvalə edin. Mütəxəssislərdən ibarət komandamız bizə bildirdiyiniz bütün məlumatları nəzərə alaraq individual olaraq hazırlanmış qüsursuz səyahət təcrübəsini Sizə təqdim edəcək. Biz standart turagentliklərin göstərdiyi xidmətlərin fövqündə durmağa can atır, hər zaman Müştərimizi şəxsən tanımağa, xəyallarını anlamağa və gözləntilərini üstələməyə çalışırıq.
Azərbaycanın VIP xidmətlər göstərən ən uzunömürlü şirkətlərindən biriyik
"Gold Lifestyle" üzvlər üçün
Üzvlər üçün otellərdə güzəştlər
Biz bütün müştərilərin fərqli olduğunu başa düşürük. Sizin üçün ayrılmış səyahət məsləhətçisi seçimlərinizə və xüsusi tələblərinizə əsaslanaraq Sizə hər zaman ən yüksək keyfiyyətli fərdi xidmət göstərəcək. Şirkətimizin təqdim etdiyi eksklüziv üstünlüklərdən və istəklərinizin diqqət mərkəzində olmasından faydalanın.
İtaliya yalnız Roma, Milan və Venesiyanın möcüzələrindən ibarət deyil. İtaliyanın cənub-şərqində yerləşən Apuliya (italyan dilində "Puglia") regionu dünya şöhrəti qazanmış trulli evlərinin, barokko üslubunda binaları olan Leççe şəhərinin və əhəngdaşından inşa edilmiş möhtəşəm memarlıq abidələrinin, o cümlədən mükəmməl "kənd üslublu" tikililərin vətənidir.
Siz rahat istirahət, yüksək keyfiyyətli xidmətlər və komfort, zövqünüzü oxşayan SPA kompleksi, mənzərəli terraslar, fərqli ləziz yeməklər və Egey dənizinin sahilində gözoxşayan mənzərənin xəyalını qurursunuzsa, bu yer Sizin üçün idealdır.
Avropanın bu əfsanəvi dəbdəbəyə malik lüks qatarı 1920-ci illərin pafoslu görünüşünü saxlasa da, XXI əsrin komfort standartlarına cavab verir. O, İstanbuldan yola çıxır və marşrutunda bir neçə dəfə dayanacaq edərək və sərnişinləri ləziz yeməklərə qonaq edərək beş gecə, altı gün ərzində Rumıniya, Macarıstan və Avstriyadan keçir.