Şirkətimizin Sizin üçün ayrılmış, işində peşəkar olan işçiləri sayəsində "PAŞA Travel"ın VIP xidmətləri başqa səyahət agentliklərindən qat-qat üstündür. Biz gözləntilərinizi üstələmək üçün Sizi şəxsən tanımağa, maraq və tələblərinizi öyrənməyə çalışırıq. Sizin dünyanın istənilən guşəsinə səyahətinizi yaddaqalan edə və bütün nüansların qeydinə qala bilərik.
Biz Sizə tam fərdiləşdirilmiş xidmətlər göstərərək məhz Sizin üçün səyahət məsləhətçisi ayırır, tələblərinizi dinləyir və hər şeyi planlaşdırırıq. Biz sifariş edirik. Siz təkrarolunmaz səyahət təcrübəsindən həzz alırsınız.
Lüks məhsullar haqqında zəngin biliklərimiz, uzun illərin fəaliyyətinə əsaslanan təcrübəmiz və qlobal tərəfdaşlar şəbəkəmizin Azərbaycanda tayı-bərabəri yoxdur.
Bütün tələblərinizə cavab verən, komfort, rahatlıq və unudulmaz səyahət təcrübəsinin vəhdətindən ibarət turların təşkil edilməsini "PAŞA Travel" şirkətindəki məsləhətçinizə həvalə edin.
Dünyanın tanınmış səyahət assosiasiyalarının üzvü olaraq biz müştərilərimizə 1500-dən çox böyük oteldə xidmət səviyyəsinin yüksəldilməsi və SPA-kreditlər kimi çox sayda xüsusi VIP imtiyazlar təklif edirik.
Sizin ehtiyaclarınız rəsmi iş saatları ilə birlikdə bitmir – Biz yalnız "Gold Lifestyle" üzvlərə günün 24 saatı, həftənin 7 günü xidmət təklif edirik və bu, bütün VIP müştərilərimizə aid deyil.
Konsyerj Klubunun üzvlərinin məşhurların iştirakı ilə keçirilən elan edilməmiş tədbirlərdə iştirak etməkdən tutmuş anşlaq tədbirində son anda yer sifariş etməyə qədər ən əlçatmaz xəyallarını belə reallaşdırırıq.
VIP Səyahətlər üzrə direktor
[email protected]
+994 50 245 68 45
Mehin Sultanova tələbkar VIP səyahətçilərimiz üçün fərdi şəkildə hazırlanmış təkrarolunmaz, eksklüziv və individual turların hazırlanması kimi çox vacib vəzifəni yerinə yetirir. Bakı Dövlət Universitetində Şərqşünaslıq və Türk dili ixtisaslarını fəxri diplomla bitirmiş Mehinin turizm sahəsində 14 illik təcrübəsi "British Airways"də iş təcrübəsindən səyahət şirkətində direktorluğa qədər fərqli vəzifələri əhatə edib.
"PAŞA Travel" şirkətinin VIP səyahətlər komandasının üzvü olan Farida müştərilərin hər bir sorğusunun ən yüksək səviyyədə yerinə yetirilməsində maraqlı olan peşəkardır. Səyahət etməyi uşaqlığından bəri sevən Fəridə 15 ildən çoxdur turizm sahəsində işləyir. Bu müddətdə təəssüf və ya darıxmaq hissi ona yad olub. O, "PAŞA Travel" komandasına 2007-ci ildə qoşulub. O, çoxillik təcrübəsi və nailiyyətləri ilə fəxr edir və "PAŞA Travel" şirkətinin komanda və peşəkarlıq ruhundan həzz alaraq çalışır. Fəridə özü də həvəsli tennisçi olduğundan bir sıra tennis tədbirlərini Bakıya gətirməyin "PAŞA Travel" şirkətinə müyəssər olmasından böyük məmnunluq hiss edir.