Aidiyyəti assosiasiyaların dəstəklənməsində böyük təcrübəyə malik olan "PAŞA Travel" şirkəti Görüşlərin təşkili və idarə edilməsi sahəsində kompleks xidmətlər təmin edir. Şirkətimiz Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının üzvü və Ovation Global DMC şirkətinin Azərbaycanda strateji tərəfdaşıdır. Biz tədbirin qeydiyyatdan keçirilməsi, sərginin və nəqliyyat vasitələrinin təşkil edilməsi, sponsorluq dəstəyi, icmalın hazırlanması və qəbul edilməsi, sosial məsələlərin təşkil edilməsi və konfransda iştirak edənlər üçün yerləşmənin təmin edilməsi kimi bir-biri ilə əlaqədar olan xidmətlərin geniş çeşidini təklif edirik. İstəklərinizi bizə bildirin, ya da izn verin, Sizi məmnun edəcək xidmətləri təxmin edək. Biz Sizə dəstək olmaq üçün çalışırıq.
Konfransların təşkili ilə bağlı xidmətlərimiz
Peşəkar biznes görüşlərindən tutmuş dəbdəbəli toy mərasimlərinə, yaxud əyləncəli ailəvi ziyafətlərə qədər bütün tədbirlərin təşkil edilməsini bu işdə zəngin təcrübəyə malik olan komandamıza etibar edə bilərsiniz.
Komandada birlik hissinin gücləndirilməsini təmin etmək və ya işində gözəl nəticələrə nail olan əməkdaşları mükafatlandırmaq üçün "PAŞA Travel" şirkəti Sizə unudulmaz təsir buraxan onlarla yaradıcı tədbir təklif edə bilər.