"Luxuriate" oteli Rivyera Maya kurort kompleksində yerləşir. Buradan gözəl çimərliklərə və Kankunla Tulun arasındakı dəniz mənzərələrinə şahanə görüntü açılır.
Dominikan Respublikasının "Dream Resort" kurortunda "hər şey daxildir" prinsipi ilə dördulduzlu oteldə istirahət Sizə hədsiz zövq verəcək.
Peşəkar bələdçinin müşayiəti və rəhbərliyi altında keçirilən bu dördulduzlu turla Adriatik dənizinin xəzinəsi Xorvatiyaya gedərək insanı özünə heyran edən Dubrovnikdə və tarixi Splitdə olun.
Bu bələdçinin müşayiəti ilə keçirilən altı gecəlik macəra turunda səyahətçilər paytaxt San-Xose şəhərini, Fuji dağı formasında olan Arenal vulkanını və əsrarəngiz "Monteverde Cloud Forest" qoruğunu ziyarət edir.
Azor adalarında 7 gecəlik, dördulduzlu səyahət paketi təkcə aviabilet üçün ödəyəcəyiniz məbləğin sadəcə yarısı qiymətindədir.
Nəhəng pandalar, Daş mağaralar, sirli Xuanşan dağları və Yantszı çayında kruiz .... bunlar 13 gecəlik Çin Odisseyasının sadəcə əsas məqamlarıdır.
Şirkətimizin səyahət butikləri sadəcə mağaza deyil. Onlar paylaşım, kəşf və müzakirələrə stimul vermək üçün təşkil edilib. Bizi ziyarət edənləri gülərüzlü işçilərimiz əla ideyalar və peşəkar məsləhətlərlə qarşılayacaq. Biz Sizə kömək etmək üçün işləyirik.
Şirkətimizin 10 nəfərlik təcrübəli səyahət məsləhətçiləri komandası dünyanın tanınmış və yeni turizm istiqamətlərinə turların hazırlanması və aviabiletlərin sifariş edilməsində Sizə dəstək olmağa hər zaman hazırdır.
Şirkətimizin onlayn sifariş portalında dünyanın müxtəlif yerlərində olan 200 000-dən çox oteldə və lüks məkanda istədiyiniz qiymətdə nömrə sifariş edə, keyfiyyətli transfer xidmətlərindən faydalana bilərsiniz.
Şirkətimizin transfer və nəqliyyat xidmətlərinə sürücünün və ya özünüzün idarə edəcəyiniz avtomobillərin icarəsi, avtobuslar, Avropa dövlətlərində dəmiryolu biletləri, hətta vertolyotlar və şəxsi təyyarələr daxildir.
Biz dünyanın müxtəlif yerlərində olan ən maraqlı görməli yerlərə, avtobus turlarından və dabldeker ekskursiyalarından tutmuş qapalı bələdçi xidmətlərinə qədər müxtəlif ekskursiyalara biletləri əvvəlcədən sifariş edə bilərik.
Biz beynəlxalq səyahətlərin gözlənilməzliklərinin öhdəsindən gəlmək üçün günün 24 saatı, həftənin 7 günü müştərilərə dəstək göstəririk. Sizin rahatlığınızın qayğısına qalmaq üçün əlimizdən gələn hər şeyi edəcəyimizdən əmin ola bilərsiniz.
Şirkətimizin səyahət paketləri 3, 4 və 5 ulduzlu variantlarda təklif edilir, yerli icmal ekskursiyası və fərdi transfer imkanını əhatə edir. Mükəmməl istirahətdən həzz almaq üçün səyahətin müddətini artıra və əlavə xidmətlər seçə bilərsiniz.